|
Parlamentdə büdcə müzakirələri başlayıb, nazirlər çıxışlar edir, qulağa xoş gələn rəqəmlər səsləndirirlər. Buna baxmayaraq, xərclər gəlirləri üstələyir. Əlbəttə, İkinci Qarabağ müharibəsindən sonra azad edilmiş bölgələrimizin yenidən qurulmasına vəsait ayrılması nəzərə alınmalıdır. Heç bir dövlət və beynəlxalq bank azad olunmuş bölgələrimizin yenidən qurulmasına kredit ayrımır, bunun maliyyə yükü bütünlüklə Azərbaycanın üzərindədir. Bu reallıqla hesablaşmalıyıq. 2026-cı ildə büdcə xərclərinin 8,4 faizi, yəni 3,5 milyard manat vəsait azad olunmuş bölgələrin bərpasına xərclənəcək. Eyni zamanda ölkənin gəlirlərinin artırılması barədə ciddi düşünüməlidir, kənd təsərrüfatı sahəsində gözlənilən sıçrayış yoxdur, əksinə insanlar torpaqlarını qoyub böyük şəhərlərə köçürlər. Halbuki, kənd sakinlərinin gərəkli şəraiti və qazanc imkanları olsa, şəhərə bu qədər köç baş verməz. Quru sərhədlərin açılmasına da ehtiyac var, qonşu ölkələrlə sərhədlərimiz əbədiyyətə qədər bağlı qala bilməz. Təhlükəsizlik məsələrini sərhədlərin açıq olduğu dönəmdə də həll etmək mümkündür. “Tramp yolu”nun əhəmiyyətindən danışarkən, qonşu ölkələrlə sərhədlərin açılması aktualdır. Həmsərhəd rayonlarımızın sakinləri sərhədlərin açılmasını səbirsizliklə gözləyirlər, ticarətin yenidən canlanmasına ehtiyac var.
Elxan Şahinoğlu - "DİA-AZ"
Geri qayıt
|