Əsas Səhifə > Ana xəbər / Güney Press > Məcnun Məmmədov 840 minlik layihəni tendersiz həyata keçirdi

Məcnun Məmmədov 840 minlik layihəni tendersiz həyata keçirdi


Bu gün, 11:08

Kənd Təsərrüfatı Nazirliyi EKTİS təkmilləşdirilməsi və yeni altmodulların yaradılması üzrə xidmətlərə 842 972 AZN sərf edəcək.

Pravda.az-ın xəbərinə görə, xidməti “Digital Umbrella” MMC həyata keçirəcək.

Nazirlik və MMC arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Yəni, bu, birbaşa, tendersiz baş tutub.

Qeyd: Kənd təsərrüfatı naziri Məcnun Məmmədovdur. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi isə Ulduzə Tofiq qızı Xəlilovadır. Şirkətin daha çox bu nazirliyin tenderlərini əldə edir.


Geri qayıt