|

Müəllimlərin “tam ştatlı” statusla və indikindən daha yüksək maddi şərtlərlə dərs yükündən əlavə saatlarda da iş yerində olmasını nəzərdə tutan yeni mexanizm inkişaf etmiş ölkələrdə artıq uzun illərdir tətbiq edilir. Lakin artıq Avropa, Yaponiya, ABŞ iş yükünün ağırlığından şikayət etməsi səbəbindən bu sistemdən imtina etməyə hazırlaşır.
Tribuna-nın məlumatına görə, bu barədə danışan iqtisadçı Rövşən Ağayev bildirib ki, artıq təhsil sektorunun “ekpseriment dovşanı”na çevrilməsi üçün vaxt limiti bitib. Yəni təkilf olunan mexanizmin bütövlükdə təhsilin inkişafına hansısa töhfəni verib-verməyəcəyi mümkün olduğu qədər dəqiq qiymətləndirilməlidir:
“OECD-nin tədris və öyrənmə ilə bağlı beynəlxalq miqyasda keçirdiyi sorğunun (TALIS) nəticələrinə görə təşkilata üzv ölkələrdə müəllimlərin həftəlik iş saatı 38,8 saat təşkil edir – gündəlik orta hesabla 8 saata yaxın. Bunun da yalnız 60%-i (təxminən 21 saat) sinif otaqlarında dərs deməyə sərf edilir. Yerdə qalan zaman qeyri-tədris fəaliyyətinə (dərsə hazırlıq, valideynlərlə müzakirələr, topmatılar, qiymətləndirmə fəaliyyəti və s.) Məsələ “o əjdahdanın niyə bizdə olub-olması”nda deyil. Vacib olan budur ki, artıq təhsil sektorunun “ekpseriment dovşanı”na çevrilməsi üçün vaxt limiti bitib. Təkilf olunan mexanizmin nəticə əsaslı idarəetməyə keçidə, bütövlükdə təhsilin inkişafına hansısa töhfəni verib-verməyəcəyi mümkün olduğu qədər dəqiq qiymətləndirilməlidir. Prosesə bütün maraqlı tərəflər, xüsusən müəllimlər aktiv şəkildə cəlb olunmalı, bütün tənqidi rəylər səbirlə, kobud və aşağılayıcı tərzdən uzaq bir tərzdə dinlənilməlidir. Avropada, Yaponiyada, ABŞ-da müəllimlərin məktəbə bağlı iş saatlarının yüksək olması faktdır, amma son illər bu coğrafiyalarda müəllimlərin böyük əksəriyyətinin iş yükünün ağırlığından şikayət etməsi, hökumətləri bu sahədə islahatlar aparmağa çağırmaları da faktdır. Biz artıq köhnə, müəyyən narazılıq doğuran və dəyişiklik tələb edilən modeli mütərəqqi sistem kimi indi tətbiq etmək istəyirik. 2018 və 2024-cü illərdə yayılan 2 TALIS-in nəticələri də iş yükünün ağırlığı, bunun müəllimlərin sağlamlığına ciddi şəkildə ziyan vurduğunu, xüsusən gənclər arasında müəllim peşəsindən uzaqlaşma meyllərini gücləndirdiyi göstərir. TALIS-in ortaya çıxardığı əsas nəticələrdən biri budur ki, uzun iş saatının içərisində keyfiyyətli, nəticəyə aparacaq məzmunlu fəaliyyət, qeyri-tədris saatlarını planlaşdırmaq üçün müəllimin azadlığı yoxdursa, ancaq adminstrativ əmirləri yerinə yetirməyə sərf olunursa, bu sadəcə formal və yorucu bir mexanizmə çevrilir. TALIS-in nəticələrinə görə, müəllimlər üçün inzibati iş yükünün çoxluğu onların məhsuldarlığını xeyli dərəcədə aşağı salır”.
İqtisadçı bildirib ki, orta təhsilə görə dünyada model sayılan Finlandiyada orta həftəlik iş saatı 32 saatdır və bu OECD-nin orta göstəricisindən (38,6 saat) xeyli aşağıdır:
“Finlandiyada orta təhsildə muxtariyyət genişdir və iş saatları bölgədən-bölgəyə, məktəbdən-məktəbə görə fərqlənə bilir. Sistem çevikdir, spesifik şərait və şərtləri nəzərə ala bilir. Müəllimə böyük etimad var, hətta müqavilədə göstərilən iş qeyri-tədris saatlarının müəyyən hissəsini evdən, kitabxnadan belə işləyə bilər. Tutaq ki, hesabat yazmalı, qiymətləndirmə aparmalıdır, onu evdən də edə bilər. Əsad odur ki, inzibati heyət ödhəliyin icrasını təhvil ala bilsin. Dünya ölkələrinin təcrübəsi göstərir ki, müəllimlər üçün “tam iş gününə bağlı” iş rejiminin effektiv və nəticəli mexanizm olması üçün ölkədəki iqtisadi şərtlər və təhsil mühiti buna zəmanət verməlidir. Söhbət hansı şərtlərdən gedir? Bu sistemin məqsədi aydın olur. Yəni, “bunu edəcəyik, müəllimi məcburi qaydada məktəbə bağlayıb repetitorluğun axırına çıxacağıq” kimi məqsəd doğru seçilməmiş və nəticəyə aparacaq məqsəd deyil. Qeyri-tədris saatlarının tətbiqi müəllimlərin peşəkar inkişafına, fəal pedoqoji müzakirələrə artmasına imkan yaratmalıdır. Müəllimləri tədrisdənkənar saatlarda məktəbə bağlayan mexanizmin işlək və nəticəli olması üçün hər bir müəllimin fərdi, eləcə də onların komanda şəklində işləməsi üçün uyğun infrastruktur (rahat və səssiz iş otaqları), texniki təminat (kompüter, internetə çıxış və s.). Yüksək maddi şərtlər də öz yerində – yəni hökumətin müəllimə yüksək maaş verməyə büdcəsi və istəyi varmı? Bunlar olmadıqda yorucu və uzun iş rejimi müəllimlərdə mental problemlərlə müşayiət olunan “tükənmişlik”, peşədən imtina hissini gücləndirir. Məsələn, maraqlıdır, bu gün Azərbaycanda olan orta məktəblərin neçə faizi bu cür iş rejiminə hazırdır? İri şəhərlərdə şagird sıxlığının yüksək olması səbəbindən 2, hətta 3 növbəli rejimdə səhərdən axşama tədrislə yüklənən məktəblərdə müəllimlər qeyri-tədris zamanını necə, hansı şərtlərdə işləyəcəklər? Pis infrastruktura malik kənd məktəbləri də bir ayrı mövzudur. Pis nəqliyyat infrastrukturu səbəbindən günün az qala 2-3 saatını yollarda keçirib əldən düşən müəllimlərin də vəziyyəti bir ayrı dərddir”.
R.Ağayevin fikrincə, Azərbaycan təhslinin ən böyük problemli nəticəəsaslı idarəçiliyin, maliyyələşmənin yoxluğudur:
“Deyəsən belə iddialar var ki, “tamştatlı iş rejimi” modeli məhz bu məqsədə xidmət edir. Halbuki bu mödelə qədər nəticəəsaslı menecment üçün görüləsi hələ xeyli iş var və son 3 ildə nəticəəsaslı büdcə mexanizmi üçün 3 pliot sahədən biri kimi təhsil sisteminin idarəçiləri bu işləri görməli idilər”.
Geri qayıt
|