Əsas Səhifə > Ana xəbər / Güney Press > Əli Həsənov ailəsi haqda bu faktı niyə açmadı?
Əli Həsənov ailəsi haqda bu faktı niyə açmadı?Bu gün, 16:14 |
|
Son günlər mediada yayılan iddialar böyük rezonans doğurub. Xural TV-nin rəhbəri Əvəz Zeynallı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənovun həyat yoldaşının erməni olduğunu və Ramiz Mehdiyevin arvadı Qalina Mehdiyeva ilə Badamdardakı villada görüşlər keçirdiyini iddia edib. Əli Həsənov bu iddiaları qəti şəkildə təkzib edərək, özünü və ailəsini tamamilə erməni əlaqələrindən uzaq, yoldaşının əslən qarabağlı və Ağcabədidə doğulmuş biri kimi təqdim edib. Həsənov, Əvəz Zeynallının ittihamlarını “əsassız, ifrat dərəcədə şər və böhtan” adlandırıb və bildirib ki, ailəsi Ramiz Mehdiyevin ailəsi ilə heç bir əlaqədə olmayıb. Maraqlı tərəf isə odur ki, Əli Həsənov həyat yoldaşının azərbaycanlı olduğunu da deməyib. Sadəcə, Ağcabədidə dünyaya gəldiyini deyib. Uzun illərdir ki, Əli Həsənovun həyat yoldaşının milliyyətcə erməni olduğu deyilir. Amma ilk dəfədir Ə.Həsənov bu mövzuda açıqlama verib. Globalinfo.az-ın əldə etdiyi məlumata görə, Ə.Həsənovun həyat yoldaşının anası milliyyətcə ermənidir. Deyilir ki, qadın adını Sona yazdırıb. Onun illər öncə islamı qəbul etdiyi haqda informasiyalar var. O da iddia olunur ki, onların yaxın qohumları olan qadınlar həcc ziyarətində olublar. Deputat Aqil Abbas Əli Həsənovun həyat yoldaşının erməni olması xəbərinin inandırıcı olmadığını qeyd edib: “Özüm əslən Ağcəbədi rayonundanam. Bizim rayonda ümumiyyətlə ermənilər yaşamayıb. Bir nəfər rus olub, o da əyyaş idi, sonra öldü. Orada başqa millət yaşamadığı üçün deyirəm ki, qadının erməni olduğu doğru deyil. Ağdamda isə 20 erməni ailəsi yaşayırdı, onlardan biri müəllimimiz olub”. Globalinfo.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, Əvəz Zeynallının dedikləri tam həqiqətdir. O, Əli Həsənovun həyat yoldaşının erməni olduğunu deyib: “Əli Həsənovun danmağına baxmayın. Əli Həsənov həmişə Ramiz Mehdiyevin yanında olub, bunlar faktdır. Bu faktı gizlətmək mümkün deyil. İndiyə qədər onların əllərində böyük kapitallar olub. Kapital hesabına hamını susdurublar və bu gün də susdurmağa cəhd edirlər. Ramiz Mehdiyevin komandası çox güclü hücuma keçib. Əllərində böyük bir kapital var. Əli Həsənov həmişə deyirdi ki, Ramiz Mehdiyevlə bacanaq olduğum üçün çox xoşbəxtəm. Ramiz Mehdiyevə bir zaman yaxın olan şəxslər bu gün bunu danırlar, vəziyyətdən çıxış yolu axtarırlar. Bunlar belə bir məxluqdur”. H.Hacıyevin sözlərinə görə, Əli Həsənov böyük cinayətlər törədib: “Törətdiyi cinayətlər nəticəsində Azərbaycan dövlət büdcəsi dağıdılıb, yeyilib. Vaxtında məcburi köçkünlərə ayrılan milyardlarla manat vəsait havaya sovrulub. Bu gün əlbəttə ki, hamı özünü müdafiə mövqeyində saxlayır. Mən bunları Əli Həsənov baş nazirin müavini olarkən də demişəm. Bizim aramızda buna görə mübahisələr olub. Hamısının Ermənistanda böyük malikanələri var. Hətta Göyçə gölünün sahilində Ramiz Mehdiyevin qızlarının böyük villaları var, yayda orada dincəlirlər. Hökumətin daxilində ermənilərlə qohumluğu olan insanlar çoxdur və onlar hamısı hakimiyyətə can atırlar. Bu gün də onları oradan qovmaq mümkün deyil”. Partiya sədrinin fikrincə, artıq ciddi tədbirlər görülməlidir: “Anası və arvadı erməni olan, Rusiya ilə sıx bağlı olan şəxslərin hamısı bu gün həbs edilməlidir. Bu Vətən bizimdir, biz burada yaşayırıq. Milli Məclisdə ermənilərlə qohumluğu olan deputatlar var. Onların hamısı üzə çıxmalıdır. Burada nəsə gizlətməyin yeri yoxdur. Əks halda başımıza bəlalar gələcək. Biz bildiklərimizi media vasitəsilə hamıya çatdırmalıyıq”. Redaksiya Hafiz Hacıyevin iddiaları ilə bağlı qarşı tərəfin mövqeyini çap etməyə hazır olduğunu bildirir. Geri qayıt |