Əsas Səhifə > Ana xəbər / Güney Press > "Bu yolda nəqliyyatın vəziyyəti daha da pisləşib!"

"Bu yolda nəqliyyatın vəziyyəti daha da pisləşib!"


Bu gün, 16:46

"Bakı–Sumqayıt yolu ilə gündəlik istifadə edən bir vətəndaş kimi bildirmək istəyirəm ki, son zamanlar bu yolda nəqliyyatın vəziyyəti daha da pisləşmişdir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında əlaqədar qurum və şəxslərə ünvanladığı müraciətində jurnalist Arifə Əliyeva qeyd edib.
Jurnalist daha sonra bildirir: "Əvvəllər yalnız müəyyən saatlarda tıxac yaşanırdısa, hazırda avtobus zolağının tətbiqindən sonra demək olar ki, günün bütün saatlarında ciddi tıxac müşahidə olunur.
Təəssüf doğuran hal isə odur ki, bu xüsusi avtobus zolağından istifadə edən nəqliyyat vasitələrinin sayı olduqca azdır. Avtobusların əksəriyyəti Biləcəri dairəsindən geriyə dönür və Sumqayıt istiqamətinə getmir.
Bu isə zolağın məqsədinə uyğun işləmədiyini göstərir və minlərlə sürücünün hərəkətinə ciddi maneə yaradır.
Sizdən xahiş edirəm bu məsələni yerində araşdırıb, avtobus zolağının effektivliyi və məqsədəuyğunluğu ilə bağlı təhlil aparasınız. Əgər bu zolaq real tələbatı qarşılamırsa, ya da düzgün planlaşdırılmayıbsa, onun ləğv olunması və ya yeni həll yollarının tətbiqi nəzərdən keçirilsin..."

Geri qayıt