Əsas Səhifə > Ana xəbər / Güney Press > Kənd sakinlərini təhqir edən bələdiyyə sədri: "Hamısı montajdır"

Kənd sakinlərini təhqir edən bələdiyyə sədri: "Hamısı montajdır"


Bu gün, 16:42

Məlum olduğu kimi, Masallı rayonu, Kolatan bələdiyyəsinin sədri Rauf Cəbiyevlə bağlı Xanalion kənd sakinlərinin şikayəti əsasında bir yazı dərc etmişdik. Sitat.info-nun əməkdaşı bu gün Rauf Cəbiyevlə əlaqə saxlayaraq məsələ ilə bağlı mövqeyini öyrənməyə çalışıb.

Bələdiyyə sədri sakinlərlə qalmaqal yaşadığını təsdiqləyib: "Mən bu ilin mayın ayının 1-dən Kolatan kənd bələdiyyəsinin sədri seçilmişəm. Ümumilikdə 7 kəndə rəhbərlik edirəm, onlardan biri də Xanalıyan kəndidir. Həmin kənd bələdiyyəyə nə torpaq, nə də əmlak vergisi ödəmir. Kənddə 185 ailə ailə var, əksəriyyəti ümumiyyətlə vergi ödəməyib. Həmin kənd üçün kifayət qədər işlər görmüşəm. Atam da Sovet dövründə həmin kəndlərdə kolxoz sədri işləyib. Bu kəndin ağsaqqalları atama görə mənə hörmət edirlər. O mübahisədə iştirak edənlər gənclərdir. Sizin paylaşdığınız videolar da montaj olunub. Səs və sözlər mənimdir, bunu inkar etmirəm. Amma o sözləri nəyin qarşılığında demişəm, həmin hissələr verilməyib".

Kəndin adının dəyişdirilməsinə gəlincə, R.Cəbiyev qeyd edib ki, bu bələdiyyə sədrinin səlahiyyətində olan məsələ deyil və onun belə bir təşəbbüsü olmayıb: "Mən özüm media nümayəsiyəm. "Masallı xəbərləri"nin baş redaktoruyam. Kəndin adını mən dəyişməmişəm. Ümumiyyətlə, kənd adı dəyişmək bələdiyyə sədrinin edə biləcəyi qədər sadə məsələ deyil".


Geri qayıt