Əsas Səhifə > Ana xəbər / Güney Press > Dövlətin qanunları keçmiş deputatın umrunda da deyil...

Dövlətin qanunları keçmiş deputatın umrunda da deyil...


Bu gün, 07:41

“ABC-Telecom” MMC (“Kontakt Home”) külli miqdarda vergi borcu üzə çıxıb.

32gun.az xəbər verir ki, şirkətin vergi borcu 7.605.829,63 AZN təşkil edir.

Bildirək ki, MMC Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 3g ünvanında, RED PLAZA-da fəaliyyət göstərir. Qanuni təmsilçisi Həsən İsrafilzadə Fazil oğludur, nizamanmə kapitalı iə 10 min manatdır.

Qeyd edək ki, Kontakt Home mağazalar şəbəkəsinin sahibi olduğu iddia edilən sabiq millət vəkili Elnur Allahverdiyev mətbuatda bir neçə dəfə bu məsələ ilə bağlı açıqlama verib. O, 2020-ci ilin mart ayından etibarən sahibkarlıq fəaliyyətini dayandırdığını bildirsə də, son zamanlar onun yenidən biznes fəaliyyətinə qayıtdığı barədə məlumatlar yayılıb.


Geri qayıt