Əsas Səhifə > Ana xəbər / Güney Press > Erməni lobbisinin əsiri olan qanun: 907-ci düzəlişin taleyi necə olacaq?
Erməni lobbisinin əsiri olan qanun: 907-ci düzəlişin taleyi necə olacaq?Bu gün, 06:58 |
|
ABŞ Müdafiə Nazirliyinin “Stars and Stripes” nəşri Konqresi 907-ci düzəlişi ləğv etməyə və TRIPP layihəsinin uğurunu möhkəmləndirməyə çağırıb. Amerika qanunvericiliyinin bu maddəsi keçmişin qalığı sayılır. Bu düzəliş Ermənistanla Azərbaycan arasında münaqişə dövründə erməni diasporunun təsiri altında qəbul edilmişdi. Düzəliş bu günədək Azərbaycana birbaşa yardım göstərilməsini məhdudlaşdırır. Son bir-iki il ərzində onun ləğvinə dair çağırışlar getdikcə daha çox səslənsə də, çoxsaylı müzakirələrə və təşəbbüslərə baxmayaraq, Vaşinqton bu istiqamətdə hələlik real addım atmayıb. Bəs 907-ci düzəliş niyə hələ də qüvvədə qalır? Onun ləğvinə hansı siyasi qüvvə və ya lobbi əngəl yaradır? Bu barədə fikirlərini Pressklub.az-la bölüşən politoloq, “Şərq–Qərb” Tədqiqatlar Mərkəzinin direktoru Ərəstun Oruclu bildirib ki, 907-ci düzəliş doğrudan da ABŞ–Azərbaycan münasibətlərinin inkişafına ciddi şəkildə mane olur. “Artıq ABŞ-ın özündə də bu qanunun Amerikanın milli maraqlarına yük olduğu, xüsusilə də ölkənin Cənubi Qafqazda və Yaxın Şərqdə daha fəal rol oynamaq istədiyi indiki mərhələdə bu maddənin maneə yaratdığı barədə fikirlər getdikcə daha çox səslənir. Oruclunun sözlərinə görə, məhz buna görə indi düzəlişin tamamilə ləğvi məsələsi gündəmə gəlir. “Nəzəri cəhətdən bu, asan görünə bilər, amma praktik olaraq prosedur olduqca mürəkkəbdir. İkincisi, baxmayaraq ki, ermənipərəst lobbi ciddi itkilərə məruz qalıb (məsələn, senator Menendes və onun korrupsiyada ittiham edilən tərəfdarlarının başına gələnlər buna nümunədir), yenə də bu lobbinin təsiri həm ABŞ-da, həm də Konqresin hər iki palatasında qalmaqdadır. PRESSKLUB.AZ Geri qayıt |