Əsas Səhifə > Ana xəbər / Güney Press > “NAS Project BOKT”un rəhbərliyində və idarə sturukturunda mühüm dəyişikliklər olub
“NAS Project BOKT”un rəhbərliyində və idarə sturukturunda mühüm dəyişikliklər olubBu gün, 09:28 |
|
“NAS Project BOKT” ASC-nin idarəetmə strukturunda mühüm dəyişikliklər baş verib. Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə BOKT təkbaşına idarəetmədən kollektiv idarəetmə formasına keçib. BOKT-nin İdarə Heyətinə Məmmədov Elnur Fəzli oğlu sədr, Abdullayev Ramin Safiq oğlu və Məmmədli Xəyal Vidadi oğlu üzv seçiliblər. Məmmədov E.F. undan öncə BOKT-nin direktoru, Məmmədli X.V. isə baş mühasib idi. “NAS Project BOKT” ASC Azərbaycan Respublikası Mərkəzi Bankının 10 iyun 2021-ci il tarixli, BKT -38 saylı Lisenziyası əsasında fəaliyyət göstərir. 1 milyon 300 min manat nizamanmə kapitalı olan “NAS Project BOKT” ASC-nin sahibi 100% payla Quliyev Məhəmməd Nizami oğludur. 2024-cü ili 589 min manat mənfəət əldə edib. 2023-cü ildə BOKT-un mənfəəti 434 min manat olub ki, bu da illik müqayisədə mənfəətin 36% artması deməkdir. Geri qayıt |