Əsas Səhifə > Ana xəbər / Güney Press > İcra başçısından yeni təyinat
İcra başçısından yeni təyinatBu gün, 12:44 |
Beyləqan Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Əziz Əzizovmüvafiq əmr imzalayıb. Əmrə əsasən, icra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinə yeni baş məsləhətçi təyin olunub. Bu vəzifəyə Sərdar Mirzəyev təyinat alıb. Xatırladaq ki, 62 yaşlı Ə.Əzizov 19 ildir icra başçısı vəzifəsində çalışır. O, 2006-2018-ci illərdə Cəlilabadın, 2018-2019-cu illərdə Yasamalın, 2019-2024-cü illərdə Suraxanının icra başçısı vəzifəsində işləyib. 2024-cü ildən isə Beyləqanın icra başçısıdır. Geri qayıt |