Əsas Səhifə > Ana xəbər / Güney Press > Generalın direktor qudası məhkəməyə verildi
Generalın direktor qudası məhkəməyə verildiBu gün, 12:35 |
|
Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyindəki Avtomobil Nəqliyyatı Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fizuli Talıbovu məhkəməyə veriblər. "DİA-AZ" xəbər verir ki, milli.az-ın əldə etdiyi məlumata görə, Fizuli Talıbov təhsil mərkəzində dərs zamanı tələblərdən birini təhqir edib və qarşı tərəf ondan şikayət edib.
Eyni zamanda Fizuli Talıbov barəsində müxtəlif iddialar da mövcuddur. F.Talıbovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçmiş rəisi general-leytenant Arzu Rəhimovla quda olduğu deyilir. İddialardan biri isə Fizuli Talıbov Avtomobil Nəqliyyatı Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində çalışan 16 nəfəri əsassız işdən azad etməsi ilə bağlıdır. Ümumilikdə isə Təhsil Mərkəzi ilə bağlı qalmqallı iddialar səsləndirilir.
Geri qayıt |