Əsas Səhifə > Ana xəbər / Güney Press > Məşhur iş adamının bahalı avtomobillərinə həbs qoyulub

Məşhur iş adamının bahalı avtomobillərinə həbs qoyulub


Bu gün, 16:15

Bakıda tuninq xidməti göstərən məşhur "Azart" şirkətinin rəhbəri Arif Zeynalovun bahalı avtomobillərinə həbs qoyulub.
Qaynarinfo-nun məlumatına görə, iş adamının həbs qoyulan avtomobilləri "Li L8 Pro Plug-in", "Chrysler" və BMW markalı nəqliyyat vasitələridir.
Arif Zeynalovun banklardan birinə 2023-cü il tarixli kredit müqaviləsi üzrə 76500 manat əsas, 3825 manat cərimə borcu və ödənilmiş 342,45 manat dövlət rüsumu borcu var. Həmin ildən kredit borcunu ödəməyən iş adamının avtomobillərinə Səbail rayon İcra Şöbəsi tərəfindən həbs qoyulub.
Arif Zeynalov özü də məhkəməyə müraciət edib. Bildirib ki, həbs qoyulan avtomobillərin ümumi dəyəri kredit müqaviləsi üzrə ondan tutulmalı olan pul məbləğindən dəfələrlə çoxdur. O, nəqliyyat vasitələri üzərinə qoyulmuş həbsin ləğv edilməsini xahiş edib. Bildirib ki, 80.000 manata yaxın borcu var, borcun hissə-hissə ödəməklə bağlı icra məmuru ilə danışacaq. Həmçinin qeyd edib ki, "Li L8 Pro Plug-in" markalı avtomobil kreditdədir, qiyməti 100.000 manatdan çoxdur, ödənilməyən isə 50.000 manat bank borcu var. BMW-ni atası, "Chrysler" markalı maşını isə özü idarə edir. Ona görə də yalnız "Chrysler" markalı markalı avtomobilin üzərinə həbs qoyulmasını istəyib. Yerdə qalan borcunu da hissə-hissə ödəmək niyyətində olduğunu bildirib.
Məhkəmə "Li L8 Pro Plug-in" markalı nəqliyyat vasitəsinin üzərinə qoyulan həbsi saxlayıb. İş adamının təqdimatının qalan hissəsi təmin edilməyib.
Qeyd edək ki, "AZART Group”un təsisçisi və baş direktoru Arif Zeynalovdur.
Məsələ ilə bağlı iş adamının özü ilə də əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı.

Geri qayıt