Əsas Səhifə > Ana xəbər / Güney Press > Təyyarənin qəza səbəbi: kənar müdaxilə...

Təyyarənin qəza səbəbi: kənar müdaxilə...


Bu gün, 09:34

Türkiyənin hərbi yük təyyarəsinə qəzaya uğraması da kənar müdaxilə ehtimalı ilə bağlı arqumentlər bəlkə də artıq öz təsdiqini tapıb. Sadəcə məsələyə həssaslıqla və soyuqqanlı yanaşıldığından bunun açıqlanması yubadılır.
Kənar müdaxiləni şərtləndirən amillər
1. Təyyarənin havada iki hissəyə parçalanaraq yerə düşməsi
2. Təyyarənin iki tərəfindən yanması və idarəetməni itirməsi. Bu paylaşılan videolardan da aydın şəkildə görünməkdədir.
Təyyarənin havada parçalanması və yanma hadisəsinin baş verməsi qəzanın daşınan yük səbəbindən baş vermə ehtimalını sıfıra endirir.
Bu hal təyyarədə hər hansı nasazlığın olmasımehtimalına da imkan yaratmır.
Çünki təyyarə havaya qalxmadan öncə texniki baxışdan sonra qalxır. Burada nə qədər səhlənkərlığa yol verilsə də, belə bir qəzanın yaranması mümkünsüzdür.
Belə bir qəza ancaq təxribat nəticəsində mümkün ola bilər.
Ola bilsin ki, təyyarənin hər iki tərəfdə olan motorları sıradan çıxarılıb, yaxud arxa və qarşı tərəf hədəf alınıb.
Təyyarə yerə düşdükdən sonra partlayışa səbəb olub və yanıb.
Hə burada əsas məsələ odur ki, qəzanın kimlər tərəfindən törədilməsi və baş vermə səbəbi.
1 Azərbaycan Türkiyə Gürcüstanla münasibətləri pozmaq
2 Bakıdakı hərbi paradda narahat olan güclər
3 Bakı-Ankara-İslamabadın yeni geosiyasi konfiqurasiya yaranmasından narahat olan güclər. Çünki Pakistanda bir qrup senatın baş nazirə Şahbaz Şərifə impiçment cəhdi, Məhkəmədə terror aktı da bu arqumenti gücləndirir...
Mürtəza Bünyadlı - "DİA-AZ"

Geri qayıt