Əsas Səhifə > Ana xəbər / Güney Press > Xalq Bankdan kobud səhv: Azərbaycan bayrağını səhv təsvir etdi
Xalq Bankdan kobud səhv: Azərbaycan bayrağını səhv təsvir etdiBu gün, 09:42 |
|
“Xalq Bank” ASC 9 Noyabr – Bayraq Günü münasibətilə sosial şəbəkə səhifələrində etdiyi paylaşımda kobud səhvə yol verib. "DİA-AZ" iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bankın süni intellektlə hazırlanmış paylaşımında Azərbaycan bayrağı düzgün təsvir olunmayıb. Belə ki, dövlət bayrağının üzərində əks olunmuş ulduzun güşələrinin sayı azaldılaraq 7-yə endirilib, bu isə anlaşılmaz görüntü ortaya çıxarıb. Qeyd edilir ki, bu Qanunun tələblərinə zidd istifadəsi, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur. Geri qayıt |