Əsas Səhifə > Ana xəbər / Güney Press > "Arayik dedi ki, əgər Köçəryanla görüşsəm, Paşinyan məni yeyəcək"
"Arayik dedi ki, əgər Köçəryanla görüşsəm, Paşinyan məni yeyəcək"Bu gün, 09:40 |
|
“Müharibənin artıq üçüncü günü başa düşdüm ki, biz qalib gələ bilmərik”. "Müharibənin ikinci günü Qarabağda idim. Orada gördüklərim məni cəmi bir-iki gün ərzində bu savaşı uduzacağımıza inandırdı. Qarabağda iki həftə keçirdim və hər gün Arkadi Qukasyan və Bako Saakyan vasitəsilə Arayik Harutunyanı müharibəni dayandırmaq üçün mümkün olan hər şeyi etməyə inandırmağa çalışdım. Uduzduğumuz açıq-aydın görünürdü. Hətta Arkadi Qukasyan və Bako Saakyana Arayik Harutunyanla görüşməyi təklif etdim, baxmayaraq ki, Arayikə qarşı hisslərim hamıya məlumdur. O, Qarabağda “prezident” kimi görünməli deyildi, amma buna baxmayaraq, özüm getdim, təklif verdim və görülməli olan işlər üçün konkret fəaliyyət planım var idi. Müdafiənin təşkili və eyni zamanda, əlbəttə ki, müharibəni mümkün qədər tez dayandırmaq üçün hər şeyi etmək baxımından çox konkret təkliflər irəli sürdüm. Arayik isə imtina etdi, mənimlə görüşmək istəmədi və Bako Saakyan vasitəsilə bunları çatdırdı: "Əgər Köçəryanla görüşsəm, Ermənistanın baş naziri məni yeyəcək". Bu, onun dəqiq sözləridir, "məni yeyəcək". Onlar müharibə zamanı Azərbaycandan daha az qorxurdular, nəinki mənimlə görüşüb bu məsələni müzakirə etməkdən, - Köçəryan deyib. Robert Köçəryan deyib ki, Qarabağda 44 günlük müharibə başlayan ərəfələrdə erməni separatçılarının normal ordu idarəetməsini görmürdü: “Bu, sadəcə mövcud deyildi. Çünki komandanlıq strukturunda əvvəllər xeyli dəyişikliklər edilmişdi və müharibəyə uyğun olmayan insanlar əsas vəzifələrə təyin olunmuşdular. Kadr siyasəti isə belə idi: o, orduya etibar etmirdi və vacib vəzifələrə özünə sadiq insanların doldurulmasınl istəyirdi. Sadiq general və ya sadiq yüksək rütbəli zabit həmişə müharibədə qalib gəlmək üçün bacarıqlara malik olmur. Genişmiqyaslı kadr dəyişiklikləri olurdu və yeganə əsas sədaqət idi. Ordunun təchizat problemləri ümumiyyətlə zəif idi. Müharibədən əvvəl hava məkanının bağlanması elan edilmişdi. Amma bu, qətiyyən belə deyildi. Ən vacib hallardan biri Ermənistanda aparılan biabırçı səfərbərliklər idi. Heç nə etməmək, nəsə etməkdən daha yaxşı olardı. İnsanlar toplanmışdı və üçüncü gün bu insanlar özlərini cəbhə xəttində tapdılar. Onları batalyonlar kimi mövcud hərbi hissələrə yerləşdirmədilər, yeni bölmələr yaratdılar və üçüncü gün cəbhəyə göndərdilər. Sən döyüş birliyini təmin etməlisən... ən azı iki-üç həftə. Qohumlarım orduya çağırıldı; məsələn, çox yaxın qohumlarımdan biri müharibənin ikinci və ya üçüncü günündə özünü cəbhə xəttində, heç kimin tanımadığı bir bölükdə tapdı. İnsanları tələsik bir yerə toplaya, məsələn, bir batalyon yarada və ertəsi gün onları müharibəyə göndərə bilməzsən. Bununla sən sadəcə bu insanları ətçəkən maşından keçirirsən. İnsanların bir-birini tanıması, komandirin tabeliyində hansı komandirlərin olduğunu, hansı biliklərə sahib olduqlarını başa düşməsi üçün ən azı iki həftəlik döyüş həmrəyliyi lazımdır", - deyə eks-prezident bildirib. Robert Köçəryan 44 günlük savaşdaşı məğlubiyyətə görə bir nömrəli günahkarın Nikol Paşinyan olduğunu vurğulayıb. Onun deməyindən belə çıxır, əgər “Artsax” bizimlə qalsaydı, 5000 nəfər ölməsəydi və 11000-dən çox insan yaralanmasaydı, biz suverenliyini itirmiş bədbəxt və solğun bir millət, tarixi ilə barışmaqda axmaqlıq həddinə çatmış bir xalq olardıq. O bunu deyir. Səhvlər edilməsəydi, müharibə olmazdı. Danışıqlar prosesi “Madrid prinsipləri”nin dəyişdirilmiş versiyalarının qəbul edilməsi ilə başa çatardı. Əgər Nikol Paşinyan 2019-cu ildə danışıqlar prosesinə qoşulsaydı və təklif yaxşı olsaydı, çox güman ki, hər şey belə bir sənədin imzalanması ilə başa çatardı", - deyə o bildirib. Köçəryan qeyd edib ki, Nikol Paşinyan 2018-ci ildən sonrakı danışıqlar gündəliyi ilə bağlı onunla görüşmək üçün heç bir cəhd göstərməyib. "Bildiyim qədəri ilə, o, birinci prezidentlə (Ter-Petrosyan-red.) görüşüb, bundan sonra yeni bir şey eşitmədiyini bildirib. Mənim üçün ən çaşdırıcı məqam 18-19 oktyabr tarixlərində Nikol Paşinyanın Rusiyanın müharibəni bitirmək təklifini necə rədd etməsi olub. Azərbaycan razılaşdı, amma Nikol Paşinyan müharibənin uduzacağını dəqiq bildiyi halda imtina etdi, çünki Baş Qərargah ordunun artıq müharibəni davam etdirmək üçün resurslarının olmadığını bildirib. Bu hesabat mövcuddur. Lakin o, müharibəni davam etdirmək qərarına gəldi. O izah edib ki, mən bu qərarı xain adlandırılmamaq üçün vermişəm. Bu qərar xalqımıza ən azı 2500 əlavə itki və ən azı 5000-6000 yaralıya başa gəldi. Bu, liderin hərəkətidirmi?", - deyə Ermənistanın ikinci prezidenti vurğulayıb. Geri qayıt |