Əsas Səhifə > Ana xəbər / Güney Press > Köçəryan və Sərkisyan KQB himayəsi altında “Qorbaçovçular xoru” formalaşdırır

Köçəryan və Sərkisyan KQB himayəsi altında “Qorbaçovçular xoru” formalaşdırır


Bu gün, 09:20

Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyana müraciət edib.

Teleqraf xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

"R.K və S.S-in son günlər bəyanatları bir daha təsdiq edir ki, Qarabağ məsələsi Ermənistan Respublikasını "ən yaxın ağaca" bağlamaq üçün tanınmış qüvvələrin əlindədir. Xalqların hüquqları, tarixi ədalət və bu kimi terminlər əsas məqsəd üçün sadəcə olaraq tüstü pərdəsi idi".

Onun fikrincə, bütün danışıqlar prosesi və təkliflər ipin qısaldılması ilə bağlı olub. İlin sonuna qədər danışıqlara dair sənədlər dərc olunacaq və bu, daha qabarıq görünəcək:

“Müharibənin dayandırılması” ilə bağlı bütün təkliflər ipin qısaldılması ilə bağlı olub (mən bu mövzuya dəfələrlə müraciət etmişəm).

- Bu ipin qısaldılması prosesinin son məqsədi erməni dövlətçiliyinə son qoymaq idi.

- Həmin ssenaridə Qarabağ münaqişəsi yalnız Ermənistanın dövlətçiliyinin itirilməsi ilə bitməli idi.

- Ermənistan xalqı tarixi intuisiyası sayəsində həmin ssenaridən çıxa bildi.

- R.K və S.S əvvəlcə “Lenin, Partiya, Qorbaçov” şüarı ilə yazılan və çox güman ki, DTK-nın himayəsi altında həyata keçirilən həmin ssenariyə qayıtmağı təklif edir.

- Və onların imkanları açıq-aşkar sıfır olduğu üçün köhnə KQB adamlarının himayəsi altında “gənc partiya Qorbaçovçular xoru” formalaşdırmağa cəhd edilir.

- Gözlənilən nəticə: 0+0=0".


Geri qayıt