Əsas Səhifə > Ana xəbər / Güney Press > Bu parad həm də o demək idi ki...
Bu parad həm də o demək idi ki...Bu gün, 08:27 |
|
Zəfər Paradı: Dövlət gücü və liderliyin təntənəsi
8 Noyabr Bakıda keçirilən Zəfər Paradı təkcə beş il öncə qazanılmış tarixi Qələbənin xatirəsi deyil, eyni zamanda Azərbaycanın hərbi, siyasi və diplomatik gücünün növbəti dəfə açıq nümayişi oldu. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında keçirilən parad göstərdi ki, Azərbaycan yalnız güclü və modernləşdirilmiş orduya sahib deyil, eyni zamanda postmüharibə dövründə strateji mövqeyini qətiyyətlə möhkəmləndirib.
Paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı Azərbaycan diplomatiyasının çoxşaxəli xarakterini və qardaş ölkələrlə strateji həmrəyliyini bir daha təsdiqlədi. Bu həm də Cənubi Qafqazda regionun yeni təhlükəsizlik və güc balansının əyani göstəricisidir.
Parad həm daxildə milli həmrəyliyi daha da gücləndirdi, həm də Azərbaycanın regionda liderlik potensialını və sabitlik faktorunu açıq şəkildə nümayiş etdirdi.
Zəfər Paradı bir daha göstərdi ki, Azərbaycan postmüharibə mərhələsini planlı, məqsədyönlü və sistemli siyasətlə idarə edir.
Fərid Şahbazlı - "DİA-AZ"
Geri qayıt |