Əsas Səhifə > Ana xəbər / Güney Press > Bu qurumda baş verənlərlə bağlı hüquq mühafizə orqanlarına MÜRACİƏT OLUNDU
Bu qurumda baş verənlərlə bağlı hüquq mühafizə orqanlarına MÜRACİƏT OLUNDUBu gün, 11:51 |
|
SOCAR Azəriqaz İB Ağsu RQİİ Göyçay XS -də çilingər işləyən(30.10.2025-də ixtisara salınmış) Seymur Məmmədov işlədiyi idarədə baş verən korrupsiya xarakterli qanun pozuntularının araşdırılması üçün şikayət ərizəsi ilə ölkə başçısına, SOCAR rəhbərliyinə, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə, müraciət edib. "DİA-AZ" xəbər verir ki, bu məlumatı Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı özünün sosial şəbəkə hesabında paylaşıb.
NHMT sədri isə olayı belə şərh edib: "Adətən ərizə və şikayətlər SOCAR rəhbərliyinə göndərildiyi üçün onlara növbəti dəfə ölkə qanunvericiliyini xatırladıram!
Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının qanunu maddə 7.13. Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır".
Qeyd edək ki, bir neçə gün əvvəl yerli KİV-də Mikayıl cabbarovun "SOCAR-da hərc-mərclik var idi" açıqlaması yer aldı ki, bu da birməanlı qarşılanmamaqdadır. Elə buna diqqət yönəldən M.Qəhrəmanlı Mikayıl Cabbarova ritorik sualla da xitab edib: "Görəsən bu da "hərci-mərcilikdi?" Düz deyir, Mikayıl müəllim???"
Geri qayıt |