|
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində müəllimlər yenə maaşsız qalıb. Bu, birinci dəfə deyil – ildə bir neçə dəfə təkrarlanan “adi vəziyyətdir”.
Mərkəzin rəhbəri Kifayət Bayramova izah vermir, problemin səbəbi açıqlanmır. Müəllim maaş istəyən kimi isə cavab hazırdır: “Səsini çox çıxarsan, işdən gedərsən.”
Bütün ölkə maaş alır, amma bu mərkəzdə əmək haqqı “harasa yol qırır”. Heç bir şəffaflıq, heç bir hesabat, heç bir məsuliyyət yoxdur.
Sual sadədir: Müəllimin pulu hara gedir və niyə müəllim öz haqqını tələb etdiyinə görə hədələnməlidir?
Bu artıq texniki problem deyil. Bu – idarəçilik problemi və məsuliyyətsizlikdir.
TEHSİL.MEDİA
Geri qayıt
|