Əsas Səhifə > Ana xəbər / Güney Press > Regional Təhsil İdarəsinin müdir müavini öz ərizəsi ilə işdən çıxdı
Regional Təhsil İdarəsinin müdir müavini öz ərizəsi ilə işdən çıxdıDünən, 17:35 |
|
Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir müavini Hüseyn Hüseynov öz ərizəsi ilə işdən çıxıb. Regional Təhsil İdarəsindən Oxu.Az-a verilən məlumata görə, o, 2025-ci ilin aprel ayında təyin edildiyi müdir müavini vəzifəsindən öz ərizəsi ilə ayrılıb, daha sonra müvafiq əmrə əsasən Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsində Baş mütəxəssis vəzifəsinə təyin olunub. ![]() Bununla bağlı o özünün "Facebook" hesabında paylaşım edib. Geri qayıt |