Əsas Səhifə > Ana xəbər / Güney Press > Baş prokurora Ramiz Mehdiyevlə bağlı ÇAĞIRIŞ
Baş prokurora Ramiz Mehdiyevlə bağlı ÇAĞIRIŞDünən, 10:37 |
|
Tanınmış hüquqşünas Aslan İsmayılov Azərbaycan Respublikası Baş prokuroru Kamran Əliyevə müraciət edib. Buradan bir daha xatırlatma etmək istəyirəm ki, 2010-cu ildə Prezident İlham Əliyevin birbaşa tapşırığından dərhal sonra Baş prokuror Zakir Qaralov cinayət işinin qaldırıldığını, birinci müavini Rüstəm Usubovun başçılığı ilə böyük istintaq qrupunun yaradıldığını elan etdi. Baş Prokurorluğun gördüyü yeganə iş Sumqayıt hadisələrinin təşkilatçısı Eduard Qriqoryanın “Odnoklassnik”i sosial şəbəkəsində səhifəsinin tapılması oldu. Bu məlumat isə ancaq dövlət qurumunun qeyri-prosessionallığını göstərdi. Artıq Ramiz Mehdiyevin başçılığı altında olan Kremlin agenturası əvvəlki gücdə deyil. Bəs bu gün bizim qarşımızda nə dayanır? Nəyə görə Rusiyanın uzun illərdir, xüsusilə V.Putinin Vətən müharibəsi dövründəki müsahibələrində dəfələrlə Azərbaycan xalqına atdığı ləkəni təmizləmək istəmirik?! Artıq 6-cı ildir ki, ölkənin Baş prokuroru Kamran Əliyevdir. Bu müddət ərzində dəfələrlə xatırlatmalar olsa da, Baş Prokurorluqdan bir xəbər yoxdur. Hesab edirəm ki, regionda yaranmış yeni geosiyasi vəziyyətlə əlaqədar, xüsusilə Prezident İlham Əliyevin regionda uzunmüddətli sülhün bərqərar olmasına doğru atdığı addımlara dəstək olaraq Sumqayıt hadisələrinin istintaqı yenilənməli, hadisələrin əsl icraçıları və sifarişçiləri müəyyən edilməli, Azərbaycan xalqına atılmış ləkə təmizlənməlidir”. Geri qayıt |