Əsas Səhifə > Ana xəbər / Güney Press > Milli Məclisin XALQDAN GİZLİ büdcə müzakirələri...

Milli Məclisin XALQDAN GİZLİ büdcə müzakirələri...


Dünən, 07:41

"Milli Məclisdə büdcə müzakirələri başlayıb. Amma hələ də büdcə paketinə daxil olan qanun layihələri (məsələn, Vergi Məcəlləsinə dəyişikliklər və s.) dərc edilməyib (qanuna görə 25 oktyabradək dərc olunmalı idi)". "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi Əkrəm Həsənov qeyd edib.

O daha sonra bildirir: "Yalnız 2026-cı ilin büdcəsi haqqında qanun layihəsi dərc edilib. Sonra da deyirlər ki, guya xalq adından və xalq üçün çalışırlar. Belə olsaydı, parlament və hökumət qanun layihələrini xalqdan gizlətməzdi..."


Geri qayıt