Əsas Səhifə > Ana xəbər / Güney Press > "Paşinyan komandasının ictimai nüfuzu həm kilsədən, həm də müxalif dairələrdən daha yüksəkdir"

"Paşinyan komandasının ictimai nüfuzu həm kilsədən, həm də müxalif dairələrdən daha yüksəkdir"


Dünən, 01:13

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan xalqının 2026-cı il parlament seçkilərində sülhə səs verməsini gözləyir. Paşinyan bu açıqlamanı Milli Məclisin daimi komitələrinin birgə iclasında "Ermənistan Respublikasının 2026-cı il üçün Dövlət Büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən verib. "2026-cı il sülh üçün çox vacib olacaq, çünki növbəti parlament seçkiləri iyun ayında keçiriləcək. Və bu seçkilərdə cavablandırılmalı olan əsas sual var. Ermənistan Respublikası xalqı sülhə səs verməlidir. Bu, qarşıdan gələn seçkilərin əsas siyasi mənası və məqsədidir. Əks halda, Ermənistan yenidən münaqişəyə sürüklənəcək. Sülhü müdafiə etməklə, Ermənistan xalqı həm də müstəqilliyin, suverenliyin və dövlətçiliyin bu yeni səviyyəsini müdafiə edəcək", - deyə Paşinyan bildirib.

Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistandakı vəziyyət daxildə bir neçə qruplaşma formalaşdığı üçün gərgindir. Politoloqun fikrincə, amma bu gərginlik mərkəz üçün çox da kritik həddə qədər gəlib çatmayıb.

“Bu gün Ermənistanda Paşinyan hakimiyyəti var. Digər tərəfdən kilsənin təsirləri var. Üçüncü bir tərəfdən müxalifətin formalaşdırdığı təsir imkanları var. Təbii ki, müxalifətin və kilsənin demək olar ki, eyni istiqamətdə koordinasiya edilməsi bir az Paşinyan üçün başağrısı olsa da, ümumi cəmiyyətin atmosferi və davranışı, Paşinyan administrasiyasının atdığı addımlar bir az fərqlidir və demək olar ki, müxalifətlə kilsənin qarşısını ala biləcək həddədir”-deyən politoloq qeyd edib ki, erkən seçki Paşinyan administrasiyasının aparat rəhbəri Araik Arutunyan açıqlama verərək, bildirib ki, erkən seçkiyə getmək məsələsi yoxdur və 2026-cı il seçkilərinə hazırlaşırlar.

Politoloq hesab edir ki, Ermənistanda hadisələrin gedişi bunu göstərir ki, Ermənistanda həm parlament, həm də referendum seçkiləri 2026-cı ildə baş tuta bilər: “Erkən bir seçkinin olacağını düşünmürəm. Hətta etsələr belə, Paşinyan komandasının elektoratı və cəmiyyətdəki nüfuzu həm kilsədən, həm də müxalif dairələrdən daha çox olduğu üçün seçkidə qalib gəlmə şansının yüksək olduğunu düşünürəm”.


Geri qayıt