Əsas Səhifə > Ana xəbər / Güney Press > Ramiz Mehdiyevin gəlini işdən çıxarıldı
Ramiz Mehdiyevin gəlini işdən çıxarıldıDünən, 10:46 |
|
Dövlətə xəyanət və digər cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva vəzifəsindən azad edilib. "DİA-AZ" "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb. Nigar Mehdiyeva Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Klinikasında müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri-bölmə rəhbəri vəzifələrini icra edirdi. Məlumatı klinikadan təsdiq edibər. N.Mehdiyevanın bu günlərdə klinikadakı vəzifəsindən kənarlaşdırıldığı bildirilib. Məlumat üçün bildirək ki, bundan əvvəl Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva, oğlu – fövqəladə hallar nazirinin müavini general-mayor Teymur Mehdiyev, qızı Kamilə Əliyeva və kürəkəni İlham Əliyevin ölkədən çıxışına “stop” qoyulub. Geri qayıt |