Əsas Səhifə > Ana xəbər / Güney Press > 5 rayonda icra başçısı vəzifəsi boşdur
5 rayonda icra başçısı vəzifəsi boşdurDünən, 10:40 |
|
DTX-nın korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirdiyi əməliyyat çərçivəsində saxladığı İslam Rzayev ötən gün rəsmi olaraq vəzifəsindən azad edilib. Modern.az-ın məlumatına görə, bununla da icra başçısı vəzifəsi boş qalan rayonların sayı 5-ə çatıb. İcra başçısı olmayan digər rayonlar aşağıdakılardır: Nəsimi rayonu - Sonuncu icra başçısı Asif Əsgərov deputat seçildikdən sonra yerinə təyinat olmayıb. Culfa rayonu - Siyam Hacıyevin 2023-cü ildə vəzifəsindən azad edilməsindən vəzifə boşdur. Qax rayonu - DTX-nin yayda keçirdiyi nəticəsində saxlanılan icra başçısı Musa Şəkiliyevin də yerinə təyinat baş tutmayıb. Ağdərə rayonu - Rayon 2023-cü ildə yenidən təşkil edilsə, hələ də icra başçısı təyin olunmayıb. Geri qayıt |