Əsas Səhifə > Ana xəbər / Güney Press > Ramiz Mehdiyevin bankının taleyi: Qaranlıqdır...
Ramiz Mehdiyevin bankının taleyi: Qaranlıqdır...Bu gün, 12:08 |
Ölkədə fəaliyyət göstərən banklardan biri olan “Bank BTB” təhlükə ilə üzləşib. Belə ki, "Bank BTB" ASC bu ilin yanvar-sentyabr aylarını 641 min manat zərərlə başa vurub. Onu da qeyd edək ki, “Bank BTB” ötən gün cinayət məsuliyyətinə cəlb olunan Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyevaya məxsusdur. Mövcud vəziyyət həmin bankın bağlanmasına gətirib çıxaracaqmı? Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, “Bank BTB” nin Ramiz Mehdiyevin ailə ailə üzvlərinə məxsus olduğu hamıya məlumdur: “Təbii ki, sırf Ramiz Mehdiyevlə bağlı faktın özü bu bankın bağlanması üçün əsas deyil. Hətta ən qatı cinayətkarın belə bankı ola bilər. Bank şəxsin mülkiyyətidir. Əgər bankın fəaliyyətində pozuntu yoxdursa, onun bağlanmasında əsas deyil. Sadəcə, əgər sübut olunsa ki, həmin bank oğurluq, korrupsiya və digər vəsaitlə əldə olunub, onun ailəsinin qoyduğu pul qanunsuz yolla əldə olunmuş vəsaitdir, o zaman bank onun əlindən alına bilər. Bu, qanuni mexanizmdir. Bizdə Cinayət Məcəlləsində əmlakın müsadirəsi var. Müsadirə də belədir ki, dövlət onu alır. Yəni bu, o demək deyil ki, bank bağlanır, yenədə fəaliyyət göstərir. Sadəcə bankın mülkiyyətçisi dəyişir. Sonra dövlət onu özəlləşdirməyə çıxara bilər. Ola bilsin ki, hansısa bank onu alsın və özünə birləşdirsin”. Geri qayıt |