Əsas Səhifə > Ana xəbər / Güney Press > Məşhur general işdən azad edildi

Məşhur general işdən azad edildi


Bu gün, 11:50

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin birinci müavini İsmayıl Xəlil oğlu Hüseynov öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.
Bakupost.az -ın əldə etdiyi məlumata görə, onun işdən azad olunması barədə sərəncamın yaxın günlərdə rəsmi şəkildə açıqlanacağı gözlənilir.
İsmayıl Hüseynov 1974-cü il noyabrın 16-da Naxçıvanda anadan olub. O, 2018–2023-cü illərdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb. Həmin dövrdə ona gömrük xidməti general-leytenantı ali rütbəsi verilib.
2023-cü ildən isə İsmayıl Hüseynov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində rəisin birinci müavini kimi fəaliyyət göstərirdi.

Geri qayıt