Əsas Səhifə > Ana xəbər / Güney Press > Həbs edilən Ramiz Mehdiyevin PARLAQ KARYERASI
Həbs edilən Ramiz Mehdiyevin PARLAQ KARYERASIDünən, 22:43 |
Xəbər verdiyimiz kimi, PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev həbs edilib. Globalinfo.az xəbər verir ki, Ramiz Ənvər oğlu Mehdiyev 17 aprel 1938-ci ildə Bakıda anadan olub. 1957-ci ildə Bakı Dənizçilik Məktəbini bitirib. Daha sonra 1961-66-cı illərdə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) Tarix fakültəsində təhsil alıb, 1968-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəlsəfə fakültəsinin aspiranturasına daxil olub. 1972-ci ilin mayında Moskva Dövlət Universitetinin Müdafiə Şurasının iclasında fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə edib. 1957-ci ildə “Xəzərdənizneftqazsənaye” Ümumittifaq İstehsalat Birliyinin “Xəzərneftdonanma” İdarəsində işləyib. 1965-ci ildə V kurs tələbəsi ikən Azərbaycan LKGİ MK-nın tələbə gənclər şöbəsində təlimatçı vəzifəsinə təyin edilib, 1967–68-ci illərdə Azərbaycan LKGİ Naxçıvan Vilayət Komsomol Komitəsinin ikinci katibi vəzifəsində çalışıb. 1972-ci ildən Azərbaycan Dövlət Universitetinin Elmi kommunizm kafedrasında əvvəl müəllim, sonra isə baş müəllim vəzifəsində işləyib. 1974-cü ilin mayında Azərbaycanda KP MK aparatında Təbliğat və təşviqat şöbəsində mühazirəçi vəzifəsinə təyin edilib. 1976-cı ilin iyununda Azərbaycan KP MK Elm və tədris müəssisələri şöbəsinin müdir müavini vəzifəsinə təsdiq olunub. 1978-ci ilin oktyabrında Azərbaycan KP 26 Bakı komissarı adına Rayon Komitəsinin birinci katibi olub. 1980-ci ilin iyununda Azərbaycan KP MK-nin Elm və təhsil müəssisələri şöbəsinin müdiri, 1981-ci ilin yanvarında isə Azərbaycan KP MK-nin Təşkilat-partiya işi şöbəsinin müdiri təyin edilib. Həmin dövrdə Ramiz Mehdiyev Azərbaycanda ateizmin təbliği ilə aktiv şəkildə məşğul olurdu. 1983-cü ilin dekabrında Azərbaycan KP MK-nin katibi seçilib. 1988-ci ilin mayında MK-nin plenumunda respublika rəhbərliyinin dəyişməsi ilə əlaqədar Azərbaycan KP MK katibi vəzifəsindən azad olunub və 1988-ci ilin iyununda Azərbaycan Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun şöbə müdiri təyin olunub. 1980–1990-cı illərdə iki çağırış Azərbaycan Ali Sovetinin deputatı, 1995-ci ildə isə Azərbaycan Milli Məclisinin üzvü seçilib. 4 fevral 1994-cü ildən 7 fevral 1995-ci ilədək Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ümumi şöbəsinin müdiri vəzifəsində işləyib. 7 fevral 1995-ci ildən – 23 oktyabr 2019-cu ilədək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri olub. Yeni Azərbaycan Partiyasının üzvüdür. 2021-ci ilin mart ayına qədər YAP İdarə Heyətinin üzvü olub. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sədri olub. 23 oktyabr 2019-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilib. 19 fevral 2022-ci ildə AMEA ümumi yığıncağında Mehdiyev istefa verib. Geri qayıt |