Əsas Səhifə > Ana xəbər / Güney Press > Bəs, USAİD-dan qrant alan dövlət orqanları?
Bəs, USAİD-dan qrant alan dövlət orqanları?Bu gün, 11:42 |
Baş Prokurorluqda istintaq olunan “QHT işi” yenidən aktuallaşıb. Gununsesi.info–nun xəbər verdiyi kimi, bu dəfə tanınmış hüquq müdafiəçisi Şəhla İsmayıl cinayət məsuliyyəytinə cəlb olunub. Bu o adamdır ki, Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətinə görə Prezident tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib. Amma bu gün o, istintaqa çəkilir. Maraqlıdır ki, ABŞ-dan, Avropa İttifaqından Azərbaycanın hökumət qurumları da yüz milyonlarla qrant əldə edib. Söhbət Elm və Təhsil, Kənd Təsərrüfatı, Ədliyyə Nazirliyi və sair nazirliklərdən gedir. Amma nədənsə bu iş üzrə vətəndaş cəmiyyəti fəalları cinayət məsuliyyətinə cəlb olunur. Hansı ki, dövlət orqanlarından fərqli olaraq onların həyata keçirdikləri layihələrdən minlərlə aztəmninatlı insanlarımız yararlanıb. Pulsuz hüquqi xidmətdən tutmuş, müvəqqəti iş tapanların sayı minlərlə olub. İqtisadi Təhlil İnstitutunun rəhbəri Məhəmməd Talıblı deyir ki, ABŞ prezidenti seçilən Trampın qərarından sonra USAİD mövzusu daha da müzakirə olunmağa başladı: “USAİD vasitəsilə ölkəmizdə Amerika xalqından xalqımıza dəstək məqsədilə təxminən 1 milyard dollara yaxın qrant verilib. Fikrimcə, bu vəsaitlərin alınıb-xərclənməsi ilə bağlı 2 məsələyə xüsusi diqqət yetirməliyik: Bunun birincisi, Azərbaycan hökumətinə, o cümlədən müxtəlif dövlət qurumlarına verilən qrantlardır, digəri isə vətəndaş cəmiyyəti insitutlarının aldığı qrantlardır. Təkcə Azərbaycan hökuməti 2002-2023-ci illərdə ABŞ-dan təxminən 1 milyard dollardan (929,92 milyon dollar) dəyərində qrant alıb. Bunun;
– 2002–2020-ci illərdə müxtəlif sahələrə (idarəetmə, səhiyyə, təhsil və s.) yardım adı ilə ümumilikdə 808 milyon dollar
– 2018–2019-cu illərdə təhlükəsizlik yardımı üçün 100 milyon dollar
– 2023-cü ildə USAID vasitəsilə 21,92 milyon dollar (səhiyyə – 4,5 milyon dollar, idarəetmə – 4,2 milyon, biznes xidmətləri – 3,5 milyon, təhsil – 2 milyon dollar).
Dövlət qurumlarının həyata keçirməli olduğu islahatlara dəstək məqsədilə verilən 100 milyonlarla dollar qrantlar müxtəlif layihələrə sərf edilib.
Lakin USAİD-in qrantlarından kənar digər fondlarında sosial layihələrə maliyyə dəstəklərin nəzərə alsaq bu daha böyük məbləğdə qrant axınının olduğunu deməyə əsas verir.
ABŞ-ın FLEX, Edmund Muskie, Hubert H. Humphrey, Fulbright və digər qısamüddətli və uzunmüddətli təhsil proqramları çərçivəsində hər il onlarla azərbaycanlı ABŞ-da təhsil alıb və ya təlim keçib.
USAİD-dən kənar çoxsaylı ABŞ fondlarından alınan qrantların olduğunu nəzərə alsaq, o zaman suallar yaranır:
ABŞ və Avropa fondlarından bu qədər maliyyə resursu əldə edildiyi halda, niyə məhz “USAİD”in timsalında xortdan obrazı yaradıldı?
Bu suala 2 istiqamətdə cavab vermək mümkündür:
(ı) Tramp “USAİD”i vuraraq ifşa etdi və onu ictimai basqı altına saldı;
(ıı) USAİD bəzi fondlardan fərqli olaraq hökumətin müxtəlif layihələrinə dəstəyinin yanında, küncündə-bucağında qalan kiçik ölçülü layihələrindən bəzi vətəndaş cəmiyyəti insititlarına da iştirak imkanı yaradıb.
Hər iki səbəbə görə, USAİD qəzəbə tuş gəlib və bu təşkilatdan qrant layihələri əldə edənlər istintaqa cəlb ediliblər. Məhz Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində “QHT işi” ilə bağlı başladılan istintaqa USAİD başda olmaqla bir çox fondlardan alınan qrantlarla bağlı çoxsaylı ictimai fəallar cəlb olunub. Dindirilənlər çoxdur, günahkar qismində saxlanılanlar var, polis nəzarətinə götürülənlər də az deyil.
Müqayisə üçün deyim ki, dövlət qurumlarının aldığı qrantlar USAİD-in layihələrinin 99 faizindən çoxunu, vətəndaş cəmiyyəti insitutları isə bütövlükdə isə heç 1\100 hissəsini əldə edə bilməyib.
Amma nədənsə, islahatları dəstəkləmək və insititsional layihələrə yönəldilən vəsaitlərdə “yeyinti” miqdarı vətəndaş cəmiyyəti ilə müqayisəyəgəlməz dərəcədə çox olduğu halda hələlik “zərərçəkən” qismində yalnız ictimaif fəallar ittiham olunur”.
Afət Ababsova
Gununsesi.info
Geri qayıt |