Əsas Səhifə > Ana xəbər / Güney Press > Əhaliyə şad xəbər: maaş və pensiyalar artacaq
Əhaliyə şad xəbər: maaş və pensiyalar artacaqBu gün, 06:29 |
Azərbaycanda 2026-ci ilin yanvar ayında əməkhaqqı və pensiyaların artımı ilə bağlı gözləntilər yüksəkdir. Paralel olaraq, digər sahələrdə də bahalaşmanın olacağı müzakirə edilir. Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov deyib ki, hər il Azərbaycanda əmək pensiyalarında müəyyən faizlə indeksləşmə həyata keçirilir və artım olur: “Məsələn, 2025-ci ilin yanvar ayında pensiyalarda 8.1 faiz artım müşahidə olundu. Bu, mövcud inflyasiya nəzərə alınmaqla aparılır. Rəsmi inflyasiya təxminən 7 faiz olduğu halda, belə qərar verilib. Lakin orta statistik vətəndaş da qiymətlərin rəsmi inflyasiya göstəricilərindən yüksək olduğunu görür. Məsələn, əvvəllər 16 manata olan yağ indi 22-25 manata satılır, quzu ətinin qiyməti isə 25 manata qədər qalxıb. Belə hallar vətəndaşların büdcəsinə ciddi təsir edir və diqqətə alınmalıdır”. İqtisadçı xatırladıb ki, 2025-ci ildə də minimum əməkhaqqı və pensiya məbləği artırıldı: “Növbəti il də gözlənilir. Minimum həyat standartları nəzərə alınmalıdır. Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra sosial təminatla bağlı müəyyən tələblərə uyğunlaşmalıdır. Məsələn, Avropa standartlarına görə, orta əməkhaqqının minimum maaşa nisbəti 60 faizdən aşağı olmamalıdır. Ölkəmizdə bu göstərici təxminən 36-37 faizdir, yəni Avropa standartlarından geri qalmaq deməkdir. Standartlara uyğunlaşmaq üçün minimum əməkhaqqı 550 manat və daha çox olmalıdır”. A.İbrahimov kommunal xitmətlərdə də qiymət artımının qaçılmaz olduğunu bildirib: “Bu il istilik, su və dizel yanacağının qiymətlərində dəyişikliklər baş verdi, mümkün artımlar da bu reallığa uyğun tənzimlənməlidir. 2026-cı ilin yanvar ayında hökumətin əmək pensiyaları barədə qərar verəcəyinə şübhə yoxdur”. Geri qayıt |