Əsas Səhifə > Ana xəbər / Güney Press > AİB sədri saxta məhsullara görə bu qurumları günahlandırdı

AİB sədri saxta məhsullara görə bu qurumları günahlandırdı


Bu gün, 17:49

Xəbər verdiyimiz ki, bu gün İrandan gətirilən məhsulların ölkəyə girişi və təhlükəli olub-olmadığı ekspertlər arasında qalmaqala səbəb olub.

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, illər öncə Cəlilabad, Lənkəran zonası İrandan şəxsi tələbat üçün məhsullar alıb, satışı ilə məşğul olurdular.

E. Hüseynovun sözlərinə görə, artıq İrandan topdan, külli miqdarda məhsul alıb, kiçik bizneslə məşğul olanlar yoxdur. Üstəlik, bir ölkənin məhsulları “zərərlidir” deyə, anlayış da yoxdur. Zərərli məhsul partiya mala aid olan anlayışdır. Demək olmaz ki, filan fabrikin malları zərərlidir. “Filan fabrikin, filan partiya malı zərərlidir” ola bilər. Əlbəttə, AİB-in İrandan gələn mallarına ən böyük iradı onun milli dildə barkalanmamasıdır. Bu məsələ də artıq düzəlir. Son 3 ildə bu məsələ 80 faiz düzəlibdir. İllər öncə fars dilin olan məhsulların heç yaranma və istifadə müddəti də bilinmirdi. Artıq Qida Təhlükəsizliyi Agentliyi bu sahədə iş görübdür. İstifadə və buraxılma müddəti qeyd olunur, qismən düzəlib.

Markalanma məsələsinə toxunan Eyyub Hüseynov bildirib:

“Lakin markalanmada yenə problemlər qalır. Qida Təhlükəsizliyi Agentliyi bütün Azərbaycanın əmtəə bazarına girən malların təhlükəsizliyini təmin edir”.

Keyfiyyət məsələsi barədə danışan sədr qeyd edib ki, bu barədə problemlər yaşanır:

“Çünki AQTA-nın əsas funksiyası malların təhlükəsizliyini təmin etməkdir. Ümumilikdə, keyfiyyət məsələsi ölkədə ikinci plandadır. Məsələn, Azad İstehlakçılar Birliyi 20 ilə yaxındır ki, İrandan gətirilən, Azərbaycanda satılan dadı, qoxusu, tamı, qaymaq dadı verən qaymaqların biz əksinə olmuşuq. Çünki aylarla qalır, xarab olmur. Belə qaymaqları kimyalaşmış mal hesab edirik. Bu o demək deyil ki, İrandan gələn mallar hamısı zaydır. İrandan gələn mallara əhalinin tələbatı böyükdür. Tələbatın da böyük olmasının səbəbi də budur ki, İran malları ucuzdur. Çünki məsafə yaxındır deyə, yol xərcləri az olur, ucuz başa gəlir. Çox təəssüflər olsun ki, İrandan gətirilən bəzi məhsullar vətəndaşlarımız ayrı mal adı altında satırlar. Məsəl, İrandan gətirilən duzları, “Ukrayna duzu” adı altında satırlar. Mən dəfələrlə dövlət orqanları qarşısında məsələ qaldırmışam ki, illərdir Ukraynadan Azərbaycana duz gəlmir. Amma üzərində Ukrayna dilində yazılıb. İranda onu qablaşdırıb satırlar. Xüsusən də Qərb zonasında geniş yayılıb. Çox təəssüflər olsun ki, İqtisadiyyat Nazirliyinin Qərb zonasında olan bölmələri, eləcə də AQTA-nın o zonada olan bölmələri məsələlərin qarşısını almırlar”.


Geri qayıt