Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycan Avropa Şurasına üzvlük haqqını ödəyib
Azərbaycan Avropa Şurasına üzvlük haqqını ödəyibBu gün, 09:54 |
Azərbaycan hökuməti uzun zamandan sonra Avropa Şurasına üzvlük haqqını ödəyib. Bu barədə Gununsesi.info-ya diplomatik mənbələrdən verilən məlumatda deyilir. Qeyd edək ki, AŞ PA-nın Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin mandatını təsdiqləməməsindən sonra iki qurum arasında gərginlik davam edir. AŞ PA ölkədə insan haqlarının durumunu əsas gətirərək, iki ildir ki, Azərbaycan deputat qrupunun mandatını təsdiqləmir. Azərbaycan isə öz növbəsində qurumu ölkəmizə qarşı qərəzli olmaqda ittiham edir. Ancaq Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsinin təmsilçilərinin ötən ay ölkəyə buraxılması rəsmi Bakının dialoqda maraqlı olduğunu ortaya çıxardı. Görünür, Azərbaycan hökuməti 2026-cı ildə AŞ PA-da təmsil olunmaqda maraqlı olduğu üçün üzvlük haqqını da ödəyib. XİN-nin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Gununsesi.info-ya xatırladıb ki, Azərbaycan Avropa Şurasının üzvü olaraq qalır: “Biz Avropa Şurasının üzvüyük. Yalnız AŞ PA üzvlüyümüz mövcud deyil”. Geri qayıt |