Əsas Səhifə > Ana xəbər / Güney Press > Qalmaqallı direktor İŞDƏN QOVULDU
Qalmaqallı direktor İŞDƏN QOVULDUDünən, 09:19 |
Bakı şəhəri 201 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Afaq Əliyeva işdən azad edilib. Bu barədə "DİA-AZ"a Məktəbəqədər və Ümumi Təhsil üzrə Agentliyindən (MÜTDA) məlumat verilib. Bildirilib ki, Agentliyin direktoru Eşqi Bağırovun müvafiq əmrinə əsasən Bakı şəhəri 201 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Afaq Əliyeva fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib. "DİA-AZ" xatırladır ki, Afaq Əliyeva yerli KİV-də qalmaqalları və özbaşına qərarları ilə kifayət qədər ittiham olunub. Hətta bəzi KİV-lər onun ETN-də kimlər tərəfindənsə himayə olunmasından da yazıb. Geri qayıt |