Əsas Səhifə > Ana xəbər / Güney Press > Sənaye və Texnologiya Kollecinə yeni direktor təyin edilib
Sənaye və Texnologiya Kollecinə yeni direktor təyin edilibDünən, 09:17 |
"DİA-AZ" xəbər verir ki, Nasim Abışov bakalavr təhsilini Bakı Dövlət Universitetində "kimyaçı, kimya müəllimi" ixtisası üzrə tamamlayıb, "fiziki kimya" ixtisası üzrə aspirantura təhsili alıb. O, kimya elmləri üzrə fəlsəfə doktoru, pedaqogika elmləri doktoru elmi dərəcələrinə sahibdir. Həmçinin Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü və professor elmi adına layiq görülüb. O, müxtəlif illərdə pedaqoji və rəhbər vəzifələrdə çalışıb. Belə ki, Azərbaycan Dövlət Neft Akademiyasında Fiziki kimya kafedrasında assistent, H.Əliyev adına Müasir Təhsil Kompleksində kafedra müdiri, tədris hissə müdiri və direktor, Bakı Dövlət Universitetində "Kimyanın tədrisi metodikası" kafedrasında dosent və professor olaraq fəaliyyət göstərib. Nasim Abışov həmçinin 178 nömrəli tam orta məktəbin və İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyin direktoru olub. Geri qayıt |