Əsas Səhifə > Ana xəbər / Güney Press > Putin üzr istədi, amma AZAL təyyarəsinin vurulmasına görə günahı Ukraynanın üzərinə atdı

Putin üzr istədi, amma AZAL təyyarəsinin vurulmasına görə günahı Ukraynanın üzərinə atdı


Dünən, 15:53

Musavat.com xəbər verir ki, Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşdə Putin ilk dəfə AZAL təyyarəsinin vurulması hadisəsinə münasibət bildirib.

Kremlin yaydığı kadrlarda Rusiya lideri həmkarına müraciət edərək bildirib:

“Hadisənin Rusiyanın hava məkanında baş verməsinə görə Sizdən üzr istəyirəm. Həlak olanların ailələrinə ən səmimi başsağlığımı çatdırıram.”

Putin həmçinin vurğulayıb ki, Rusiya təyyarənin vurulması ilə bağlı məsuliyyəti Ukraynanın üzərinə qoyur. Onun sözlərinə görə, hadisə günü Rusiya hava sərhədini üç Ukrayna dronu keçib, və həmin an baş verən insident bu fonla eyni vaxtda qeydə alınıb.

“Rusiya istintaqa bütün lazımi dəstəyi verir və bu faciənin hərtərəfli araşdırılmasına açıqdır”, – deyə Putin əlavə edib.

Xatırladaq ki, AZAL-a məxsus mülki təyyarənin vurulmasından sonra Bakı-Moskva münasibətlərində ciddi gərginlik yaranmış, iki ölkə arasında diplomatik soyuqluq müşahidə olunmuşdu. Düşənbədə baş tutan bu görüş tərəflər arasında “yeni səhifənin başlanğıcı” kimi qiymətləndirilir.


Geri qayıt