Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyanın impiçmenti məsələsi Ermənistan parlamentinin gündəmindədir

Paşinyanın impiçmenti məsələsi Ermənistan parlamentinin gündəmindədir


Bu gün, 09:18

Ermənistan parlamentində müxalifət baş nazir Nikol Paşinyanın impiçmenti üçün tələb olunan səslərin demək olar ki, hamısını toplayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Şərəfim var” partiyasının lideri Hayk Mamicanyan "Facebook" sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, impiçment təşəbbüsünə artıq 34 deputat qoşulub, səsverməni başlatmaq üçün isə 36 imza tələb olunur.

Mamicanyan bildirib ki, “Ermənistan” partiyasının bütün 28 üzvü də impiçment qərarına dəstək verib.


Qanunvericiliyə əsasən, Paşinyanın impiçmenti üçün ümumilikdə 101 deputatdan 54-nün səsi tələb olunur.


Geri qayıt