Əsas Səhifə > Ana xəbər / Güney Press > “Kontakt Home”, “Baku Elektroniks” qara siyahıda…
“Kontakt Home”, “Baku Elektroniks” qara siyahıda…Bu gün, 12:21 |
Ölkədə ən çox şikayət daxil olan elektronik əşyalar satan mağazalar “Kontakt Home” və “Baku Electronics”dir. Bu iki şirkətlə bağlı şikayətlərin ardı-arası kəsilmir. Tribunainfo.az xəbər verir ki, bu sözləri Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov “todayPress” TV-yə açıqlamasında bildirib. İb sədri qeyd edib ki, illərdir bu sahədə vəziyyət acınacaqlı həddədir: “Ən acınacaqlı vəziyyət “Kontakt Home”dadır. Artıq “Baku Electronics” də ona çatmaq üzrədir. Biz şikayətlərin 80 faizini danışıq yolu ilə həll edirik, amma bu iki şirkətlə mümkün olmur. Bizim hüquqlarımız önə çəkilməlidir. Hansı ölkədə istehlakçı hüquqları öndədir, o ölkə bazar iqtisadiyyatının ən inkişaf etmiş bir mərhələsindədir”. E.Hüseynov əlavə edib ki, “Music Gallery”dən əvvəllər şikayətlər yox dərəcəsində idi. Bu şəbəkəni “Kontakt Home” alandan sonra problemlər çoxalıb: Ekspert insanları belə şirkətləri boykot etməyə çağırıb: “İstehlakçı hüquqları pozulan zaman məsələ danışıqlar yolu ilə həll olunmalıdır. Əgər bu mümkün deyilsə, cəmiyyət belə şirkətlərdən alış-veriş etməməlidir. Hökumət üzünü istehlakçılara çevirməlidir, çünki bazarı saxlayan istehlakçılardır”. Geri qayıt |