Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyan II Qareginin yerinə onu gətirmək istəyir

Paşinyan II Qareginin yerinə onu gətirmək istəyir


Bu gün, 09:41

Ermənistan Baş naziri Nikol Paşinyan yenidən bütün ermənilərin katolikosu II Qareginə qarşı hərəkətə keçir.

Teleqraf xəbər verir ki, bu barədə “İravunk” qəzeti məlumat yayıb.

Nəşr Ermənistan hökumətindəki mənbələrə istinadla yazıb ki, katolikosa qarşı kampaniya oktyabrda başlayacaq:

“Əməliyyatı problemsiz həyata keçirmək üçün isə, kilsədən kənarlaşdırılmış Nişan Ovannisyanı qabağa veriblər. O, kilsəyə qarşı kampaniyaya liderlik edən Baş nazir Adiministrasiyasının rəhbəri Araik Arutyunyana kömək edəcək. Ovannisyandan kilsədən narazı din xadimlərini öz ətrafında toplamaq tapşırılıb.

Mənbənin sözlərinə görə, bu baxımdan Nişan Ovannisyan pis işləmir. O, artıq gənc ruhaniləri öz tərəfinə çəkmə başlayıb. Deyilənə görə, o, yaxın vaxtlarda təxminən on nəfər ruhanini gətirməyə vəd verib, məhz onlar katolikos əleyhinə aksiyanın əsas sözçüləri olacaqlar”.

Mənbə Nikol Paşinyanın hədəfinin Nişan Ovannisyanın əli ilə II Qaregini vəzifəsindən uzaqlaşdırmaq olduğunu qeyd edib.


Geri qayıt