Əsas Səhifə > Ana xəbər / Güney Press > Şərurlu İsfəndiyardan həbs olunacağı iddialarına reaksiya
Şərurlu İsfəndiyardan həbs olunacağı iddialarına reaksiyaDünən, 07:57 |
"Allah bilir başımıza nə gələcək... Qanunun ədalətinə güvənirəm. Gözləyək". Bu sözləri "Sitat.info"ya Şərur MTK-nın sahibi İsfəndiyar Axundov bu gün keçirilən məhkəmə prosesində haqqında verilən ekspert rəyinə və həbs olunacağı iddialarına münasibət bildirərkən deyib. Qeyd edək ki, bu gün Şərurlu İsfəndiyar barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə iclası keçirilib. Prosesdə iş adamını məhkəməlik edən videomaterialla bağlı ekspert rəyi elan olunub. İ.Axundovdan “Proqres 2016” MTK-nın hazırda həbsdə olan rəhbəri Emil Səməndərov şikayət verib. Səbəb isə budur ki, E.Səməndərov barəsində külli miqdarda dələduzluq ittihamı ilə cinayət işi aparılsa da, yekun hökm çıxarılmadan Şərurlu İsfəndiyar onu efirdə “dələduz” adlandırıb. Ekspertlər həmin videoçıxışı təhlil edərək İ. Axundovun sözlərində təhqir əlamətlərinin olduğunu müəyyənləşdirib. Şərurlu İsfəndiyarın vəkilləri isə bu rəylə razılaşmayıb. Onlar Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnsitutundan məhkəməyə ekspert çağırılmasını istəyiblər. Xüsusi ittihamçının vəkili Asim Abbasov etiraz etsə də, hakim vəsatəti təmin edib. AMEA-dan ekspert gələnə qədər proses təxirə salınıb. Geri qayıt |