Əsas Səhifə > Ana xəbər / Güney Press > Bu nazirliyin tabeliyindəki iki qurum rəhbəri gerçəkdən istefa verdi?
Bu nazirliyin tabeliyindəki iki qurum rəhbəri gerçəkdən istefa verdi?Bu gün, 09:50 |
Oktyabrın 1-də Elm və Təhsil Nazirliyinə tabe olan iki qurum rəhbərləri- Təhsilin İnkişaf Fondunun sədri Elnur Nəsibov və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov mediada yazılanlara görə, öz ərizələrinə əsasən tutduqları vəzifədən azad ediliblər. Yəni Azərbaycanda çox nadir görülən bir addım atıblar – guya istefa veriblər.
Bəzi ekspertlər belə addımların əsas məqsədinin Estoniyada və Finlandiya kimi müasir ölkələrdə olduğu kimi, şəxsiyyətlərdən asılı olmayan dayanıqlı, çevik təhsil idarəetmə modelinin qurulması olmasını söyləyir. Və qeyd edirlər ki, Elm və Təhsil Nazirliyi bu sahədə ardıcıl addımları ilə bir daha göstərir ki, məqsəd şəffaf, səmərəli və beynəlxalq standartlara cavab verən təhsil sistemi formalaşdırmaqdır...
Görəsən, deyilənlər nə dərəcədə həqiqətə uyğundur?
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında təhsil eksperti İlham Əhmədov qısa danışıb:
“Təhsil Nazirliyində iki məmurun öz ərizələri əsasında işdən azad edilməsini rəsmi səbəbi göstərilməyib. Sadəcə hər ikisinin öz ərizələrini yazıb istefa verdikləri bildirilir. Və bu barədə mətbuatda müxtəlif versiyalar səslənir. Amma rəsmi açıqlama verilməyib deyə, deyilənlərdən hansının həqiqət olub-olmadığını söyləmək mümkün deyil. Lakin ümumi durum ondan ibarətdir ki, Elm və Təhsil Naziriyi qarşısına qoyulmuş vəzifələri icra edə bilmir. O cümlədən Təhsilin İnkişaf Fondu da ona olan ümidləri doğrultmadı. Mediada da həmin təhsil qurumundan maliyyə yeyintisi olması haqda faktlarla yazırlar. Universitetlərdən, digər təhsil müəssisələrdən fonda yığılan pulları təhsilin inkişafına yox, tamam fərqli məqsədlərə xərcləyirlər...”
Geri qayıt |