Əsas Səhifə > Ana xəbər / Güney Press > 5 tibbi mərkəzin tenderi bir şirkətə verildi

5 tibbi mərkəzin tenderi bir şirkətə verildi


Bu gün, 09:15

22 tibb mərkəzinə klinik biokimya, hormon, seroloji, immunoloji və digər adda müayinələrin istifadəsi üçün nəzərdə tutulmuş laboratoriya testləri satın alınacaq.

"DİA-AZ" “Ajans”a xəbər verir ki, “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxs bununla bağlı "AzəriMed" ilə iki müqavilə imzalayıb. sifarişin təminatçısı müəyyən edilib.
5 tibbi mərkəzin klinik biokimya, hormon, seroloji, immunoloji və digər adda müayinələrinin istifadəsi üçün nəzərdə tutulmuş laboratoriya testlərinin satın alınması üçün "AzəriMed"-ə 14 milyon 759 min manat, 12 tibb müəssisəsi üzrə sözügedəm malların alınmasına 21 milyon 500 min manat, daha 5 tibb mərkəzi üçün isə 8 milyon 496 min manat ödənəcək.
Qeyd edək ki, şirkət illərdir Səhiyyə Nazirliyinin balansında olan müəssisə və mərkəzlərin dövlət sifarişlərinin qalibi olur. Təkcə 2024-cü ildə toplam 67 milyon manatlıq tender "udub".
"AzəriMed” QSC 2004-cü ildə 10 000 manatlıq nizamnamı kapitalı ilə təsis edilib. Tibbi avadanlıqların satışını həyata keçirən QSC bu sahədə inhisarçı şirkətlərdən hesab edilir.

Geri qayıt