Əsas Səhifə > Ana xəbər / Güney Press > Polad Bülbüloğlu və Çingiz Abdullayev bizi Kremlə satdılar
Polad Bülbüloğlu və Çingiz Abdullayev bizi Kremlə satdılarBu gün, 11:44 |
Bakıda keçirilən XI Beynəlxalq Kitab Sərgi-Yarmarkasında ən qalmaqallı məqam Rusiya milli stendinin açılışında yaşanıb. Halbuki Rusiya son 11 ayda Azərbaycana qarşı bütün gücü ilə informasiya, siyasi və diplomatik hücumlar həyata keçirir, ölkə rəhbərliyini və dövlət başçısını hədəf alır, qarayaxma kampaniyası aparır. Kremlin bu təbliğat maşınının hədəfi Azərbaycan dövlətidir, amma Polad Bülbüloğlu və Çingiz Abdullayevin son bir ildə susqunluğu və Moskvanın yanında görünməsi haqlı narazılıq doğurur. Onların bu çıxışları Rusiya səfirliyi və Rusiya Xarici İşlər Nazirliyi tərəfindən xüsusi olaraq tirajlanıb. Kreml bu addımı “Azərbaycan ziyalılarının Rusiyanın yanında dayanması” mesajı kimi təqdim etməyə çalışır. Bəs bu simalar kimdir – Azərbaycanı təmsil edən şəxslər, yoxsa Rusiyanın təbliğat vitrininə çevrilmiş fiqurlar? Cavab gözləyən əsas sual budur. Azərbaycanın müvafiq dövlət qurumları bu sualı ictimaiyyət qarşısında cavablandırmalıdır. Geri qayıt |