Əsas Səhifə > Ana xəbər / Güney Press > “Aztimont” ASC “qara siyahı”ya salındı
“Aztimont” ASC “qara siyahı”ya salındıBu gün, 10:50 |
"Aztimont” Açıq Səhmdar Cəmiyyəti (ASC) 1 il satınalma müsabiqələrində iştirak edə bilməyəcək."DİA-AZ" Valyuta.az-a istinadən xəbər verir ki, şirkət etibarsız təchizatçılar siyahısına salınıb. Məlumatlara görə, buna səbəb “Aztimont” ASC-nin öhdəlikləri yerinə yetirməməsi olub. “Aztimont” ASC cari ildə 1 tenderin qalibi seçilib. Tender Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi keçirib. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 717 600,32 manat olub. “Aztimont” ASC 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 432 manatdır. Şirkətin qanuni təmsilçisi Şirinov Əliheybət Balakişi oğludur. Geri qayıt |