Əsas Səhifə > Ana xəbər / Güney Press > Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru işdən ÇIXARILDI

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru işdən ÇIXARILDI


Dünən, 17:46

Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov tutduğu vəzifədən azad edilib.

Modern.az-ın əldə etdiyi məlumata görə, Ceyhun Kərəmov ötən gün işdən çıxarılıb.

Onun yerinə hələ təyinat olmadığı bildirilir.

Xatırladaq ki, Ceyhun Kərəmov 2020-ci il sentyabr ayının 15-dən etibarən Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində direktor müavini vəzifəsində çalışıb. 12 yanvar 2022-ci il tarixindən 2 oktyabr 2023-cü il tarixinədək Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor səlahiyyətlərini icra edib. 2 oktyabr 2023-cü il tarixində Agentliyin direktoru vəzifəsinə təyin olunub.


Geri qayıt