Əsas Səhifə > Ana xəbər / Güney Press > Dövlət agentliyinin tenderi LƏĞV OLUNDU
Dövlət agentliyinin tenderi LƏĞV OLUNDUDünən, 15:52 |
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tenderi ləğv olunub. "DİA-AZ" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən keçirilmiş tenderin predmeti – kompüter texnikası və müxtəlif ofis avadanlıqlarının satınalınması olub. Tenderin ehtimal olunan qiyməti 122 min 467,19 manat idi. Satınalma “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə əsasən ləğv edilib. Səbəb olaraq qeyd olunub ki, satınalmada iştirak etmək üçün tələb olunan sənədləri təqdim etmiş təchizatçıların sayı üçdən azdır. Geri qayıt |