Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakıda həbsdə olan Vardanyanın adamının qətli...
Bakıda həbsdə olan Vardanyanın adamının qətli...Dünən, 12:36 |
Ermənistanda müxalif siyasətçi, “Aprelu Yerkir” partiyasının üzvü Volodya Qriqoryanın və onun dostu, polis Karen Abramyanın qətlinin üstü açılıb. Globalinfo.az xəbər verir ki, bununla bağlı ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. “Armavir vilayətinin Merdzavan qəsəbəsində 3 nəfərə atəş açaraq 2 nəfəri öldürən, 1 nəfəri yaralayan şəxsi müəyyənləşdirərək Vaqarşapat İctimai Polis Şöbəsinə təhvil verib. Şübhəli şəxs törətdiyi əməli etiraf edib. O, cinayətin aləti olan avtomat silahın yerləşdiyi yeri göstərib və ardınca silah müsadirə olunub”, – deyə bildirilib. Xatırladaq ki, sentyabrın 24-nə keçən gecə “Aprelu Yerkir” partiyasının üzvü Volodya Qriqoryan evinin qarşısında güllələnərək öldürülüb. Hücum zamanı onun polisdə işləyən dostu da həlak olub. Partiyanın lideri hazırda Bakıda həbsdə olan Qarabağın keçmiş “dövlət naziri” Ruben Vardanyandır. Geri qayıt |