Əsas Səhifə > Ana xəbər / Güney Press > Bir qrup ziyalı şair Əlisəmid Kürlə bağlı Mehriban Əliyevaya müraciət etdi
Bir qrup ziyalı şair Əlisəmid Kürlə bağlı Mehriban Əliyevaya müraciət etdiBu gün, 11:17 |
Bir qrup ziyalı Respublika Klinik Xəstəxanasının Reanimasiya şöbəsində müalicə alan şair Əlisəmid Kürlə bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib. Lent.az müraciətin mətnini təqdim edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Açıq məktub Hörmətli Mehriban xanım, Məlumat üçün bildirmək istərdik ki, Azərbaycanın tanınmış şairi, 80-ci illər ədəbi nəslinin istedadlı nümayəndəsi Əlisəmid Kürün səhhətində ciddi problemlər yaranmışdır. O, sentyabrın 15-i axşam saatlarında qaraciyər və böyrək çatışmazlığı diaqnozu ilə Respublika Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. 18 sentyabr tarixində isə Respublika Klinik Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən Əlisəmid Kürün vəziyyəti hazırda ağır olaraq qiymətləndirilir. Əlisəmid Kür Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində redaktor, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və Azərbaycan Teatr Muzeyində müxtəlif vəzifələrdə çalışıb. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1989-cu ildə AYB-nin Ədəbiyyatı Təbliğ və Müəllif Hüquqları bürosunda şöbə müdiri, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin "Yol" ədəbiyyat qəzetində şöbə müdiri, 1991-1994-cü illərdə "Yol" ədəbiyyat qəzetinin baş redaktoru vəzifəsində işləyib. 1989-1995-ci illərdə AYB-nin idarə heyətinin üzvü olub. Şeirləri dünyanın müxtəlif dillərinə tərcümə olunub, şeir almanaxlarında, ədəbi dərgilərdə dərc olunub. 20 il ərzində dünyanın bir çox şəhərlərində təşkil edilən şeir toplantılarında Azərbaycanı təmsil edib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Xəzər" dünya ədəbiyyatı dərgisinin məsul katibi kimi fəaliyyət göstərib. Sizin humanizm və ədəbiyyat xadimlərinə qayğı ənənənizə güvənərək, hörmətli şairimizin müalicəsinin Heydər Əliyev Fondunun nəzarətinə götürülməsini və onun sağlamlığının bərpası üçün zəruri tədbirlərin görülməsini xahiş edirik. Əvvəlcədən təşəkkürümüzü bildirir, Sizə möhkəm can sağlığı və fəaliyyətinizdə uğurlar arzulayırıq. Hörmətlə, Geri qayıt |