Əsas Səhifə > Ana xəbər / Güney Press > Kirill Kabanov yenə Azərbaycanı hədəfə aldı
Kirill Kabanov yenə Azərbaycanı hədəfə aldıBu gün, 16:01 |
Moskvada küçələrdə üzərinə Azərbaycanın milli turizm brendinin reklamı vurulmuş taksi görüntüləri Rusiya ictimaiyyətində yeni mübahisə yaradıb. Musavat.com xəbər verir ki, bu dəfə də məsələni qızışdıran Kremlin yaxın çevrəsinə aid, Milli Antikorrupsiya İdarəsinin rəhbəri Kirill Kabanov olub. O, sosial şəbəkələrdə həmin görüntünü paylaşaraq sərt çıxış edib. Kabanov “Azərbaycan – yenidən bax” şüarını istehza ilə qarşılayıb və bunu “dövlət üçün xəcalət” adlandırıb: Onun sözlərinə görə, “əgər pul varsa, hər şey olar” prinsipi ilə hərəkət etmək yolverilməzdir. “Biz hara baxmalıyıq və nəyə görə baxmalıyıq? Azərbaycan antirusiya ritorikasını dəyişmədiyi halda biz niyə buna göz yumuruq? Özümüzə hörmətimiz qalmayıbmı?” – deyə Kabanov sual edib.
Kirill Kabanovun qızışdırıcı, normallaşmaya yönəlməyən açıqlamaları davam edir. Bu isə Azərbaycan-Rusiya münasibətlərində gərginliyin fonunda xüsusi diqqət çəkir və Cənubi Qafqazdakı siyasi qarşıdurmanın Moskva meydanına daşınması kimi dəyərləndirilir. Geri qayıt |