Əsas Səhifə > Ana xəbər / Güney Press > “AzInTelecom”a təyinat olub
“AzInTelecom”a təyinat olubBu gün, 15:06 |
“AzInTelecom” MMC-də şirkətin maliyyə blokuna artıq Nəcəf Səmədov rəhbərlik edəcək. Banker.az xəbər verir ki, Səmədov 2025-ci ilin sentyabrından şirkətin Maliyyə departamentinin direktoru təyin olunub. N.Səmədov bundan əvvəl şirkətdə Maliyyə departamentinin direktorunun müavini(2023–2025) və Maliyyə nəzarəti və vergi şöbəsinin rəhbəri (2022–2023) kimi çalışıb. Onun karyerası əsasən iri audit və konsaltinq şirkətlərində formalaşıb. O, 2018–2022-ci illərdə EY-də müxtəlif vəzifələrdə çalışıb. Qeyd edək ki, 2021-ci ilin martından 2025-ci ilin martına qədər bu vəzifədə Altay İsmayılov çalışıb. Geri qayıt |