Əsas Səhifə > Ana xəbər / Güney Press > Rusiya Azərbaycan-Böyük Britaniya münasibətlərinə qarşı: Kremli narahat edən nədir?
Rusiya Azərbaycan-Böyük Britaniya münasibətlərinə qarşı: Kremli narahat edən nədir?Bu gün, 06:41 |
Rusiya Azərbaycan-Böyük Britaniya münasibətlərinin strateji aspektlərinə qarşı çıxış edir. Azərbaycan-Böyük Britaniya əlaqələrinə dair bir neçə tezisimi təqdim edirəm: - Böyük Britaniyanın Cənubi Qafqazda Azərbaycanla uyğunlaşan maraqları xeyli əvvəldən aydın idi. Azərbaycan-Britaniya əməkdaşlığı bölgədəki geosiyasi mənzərənin dəyişdirilməsi məsələsində bəlkə də dünyanı təəccübləndirəcək məsələləri prioritetləşdirir. Yəni, Bakı-London əlaqələri ikitərəfli siyasi, diplomatik, iqtisadi-ticari münasibətlərin inkişafından da o yana keçən strateji yanaşmaları önə çəkir. - Böyük Britaniya Azərbaycan-Türkiyə strateji müəttəfiqliyi və bundan irəli gələn bütün vəzifələrin icrasına müqavimət göstərən güc kimi çıxış etmir. Üstəlik Britaniya üçün Azərbaycan-Türkiyə-Pakistan üçbucağındakı hərbi əməkdaşlıq da xüsusi önəm daşıyır. Bu, Britaniyanın güc proyeksiyasını Avropadan Asiyaya yönləndirməsi üçün münbit şərait yaradır. - Britaniyanın yanaşmaları, Azərbaycanla Türkiyəyə regionda geosiyasi vitrini dəyişmək istəyən qüvvələrə, o cümlədən Rusiya, Fransa, Hindistan, İrana qarşı manevr imkanlarını genişləndirmək fürsətini tanıyır. - Bütün bunlar o deməkdir ki, Böyük Britaniyanın Azərbaycanla xüsusi münasibətləri fərqli cari vəziyyətdəkindən də çox fərqli görünəcək. Bu, Rusiya-Ukrayna müharibəsi fonunda region üçün xüsusi əhəmiyyət daşıyan model kimi başa düşülə bilər. - Bu fərqli məqamlar Bakı-London əlaqələrindəki eksklüziv yanaşmaları yeni dünya nizamına uyğunlaşdıran strategiya kimi izlənilir. Rusiya ehtimal ki, məsələ ilə bağlı müəyyən kəşfiyyat siqnalları alıb və regionda Bakı-London əməkdaşlığının konturlarına qarşı informasiya əməliyyatlarını gücləndirir. Bu, Azərbaycanla Britaniya arasında veriləcək ikitərəfli strateji qərarlara qarşı Rusiyanın reaksiyasını göstərir. STM əməkdaşı Aqşin Kərimov, Sitat.info Geri qayıt |